вторник, 8 ноября 2011 г.

ДИСПА

Qohum funksiyalar:
Sintaksis:
  ДИСПА(значение1;значение2;...)
Nəticə:
     Baş dispersiyanı seçməyə görə qiymətləndirir. Arqumentlər mətn  və məntiqi qiymətləri ehtiva edə bilərlər.
Arqumentlər:
  •      значение1, значение2,...: baş külliyyatdan götürülmüş seçməyə uyğun  1-dən 255-ə qədər arqumentlər.
  •      Hesablamada ədədi qiymətlərlə birlikdə mətn və ИСТИНА və ЛОЖЬ kimi məntiqi qiymətlər də nəzərə alınırlar.
Qeydlər:
  •      ДИСПА funksiyası nəzərdə tutur ki, arqumentlər yalnız baş külliyyatdan olan seçmədən götürülə bilər. Əgər verilənlər bütün baş külliyyatdan ibarətdirsə, onda ДИСПРА funksiyasından istifadə etmək lazımdır;
  •      ИСТИНА qiyməti 1 kimi, ЛОЖЬ qiyməti isə 0 kimi interpretasiya olunur. Əgər mətn və məntiqi qiymətlər nəzərə alınmalı deyildirsə, onda ДИСП funksiyasından istifadə olunmalıdır.  
 
Misal
 Bir dəzgahda hazırlanmış detallardan 10 ədədi təsadüfi olaraq sınmağa davamlılığın yoxlanması üçün seçilmişdir. Həmin detallar üçün aşağıdakı sınma çəkiləri alınmışdır: 1345; 1301; 1368; 1322; 1310; 1370; 1318; 1350; 1303; 1299 (kq). ДИСПА funksiyası vasitəsilə dispersiyanı hesablamalı.




Həlli
ДИСПA funksiyası da ДИСП  funksiyası kimi



Bu funksiyaların bir-birindən fərqi ondadır ki, ДИСПA funksiyasında mətn və ЛОЖЬ dəyişənləri 0 kimi, ИСТИНА məntiqi dəyişəni isə 1 kimi qəbul olunur.
1.    İlkin verilənlər cədvəlini tərtib edək:


A
B
C
D
E
F
G
H
I
J
1
1345
1301
1368
1322
1310
1370
1318
1350
1303
1299




2. Nəticənin yazılacağı xananı seçək ($A$3).

3. Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından ДИСПА funksiyasını seçək. Bu zaman ДИСПА funksiyasının dialoq pəncərəsi əmələ gələcək.

4. Число1 sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (A1:J1) mausla seçək. OK düyməsini basdıqdan sonra $A$3 xanasında hesablamanın nəticəsi yenə də ДИСП funksiyasında olduğu kimi 754,27 olacaqlır.
Qeyd.  Əgər verilənlərin içində hər hansı mətn və məntiqi dəyişən olarsa, onda nəticə də fərqli olacaq.