вторник, 8 ноября 2011 г.

ДИСПА

Qohum funksiyalar:
Sintaksis:
  ДИСПА(значение1;значение2;...)
Nəticə:
     Baş dispersiyanı seçməyə görə qiymətləndirir. Arqumentlər mətn  və məntiqi qiymətləri ehtiva edə bilərlər.
Arqumentlər:
  •      значение1, значение2,...: baş külliyyatdan götürülmüş seçməyə uyğun  1-dən 255-ə qədər arqumentlər.
  •      Hesablamada ədədi qiymətlərlə birlikdə mətn və ИСТИНА və ЛОЖЬ kimi məntiqi qiymətlər də nəzərə alınırlar.
Qeydlər:
  •      ДИСПА funksiyası nəzərdə tutur ki, arqumentlər yalnız baş külliyyatdan olan seçmədən götürülə bilər. Əgər verilənlər bütün baş külliyyatdan ibarətdirsə, onda ДИСПРА funksiyasından istifadə etmək lazımdır;
  •      ИСТИНА qiyməti 1 kimi, ЛОЖЬ qiyməti isə 0 kimi interpretasiya olunur. Əgər mətn və məntiqi qiymətlər nəzərə alınmalı deyildirsə, onda ДИСП funksiyasından istifadə olunmalıdır.  
 
Misal
 Bir dəzgahda hazırlanmış detallardan 10 ədədi təsadüfi olaraq sınmağa davamlılığın yoxlanması üçün seçilmişdir. Həmin detallar üçün aşağıdakı sınma çəkiləri alınmışdır: 1345; 1301; 1368; 1322; 1310; 1370; 1318; 1350; 1303; 1299 (kq). ДИСПА funksiyası vasitəsilə dispersiyanı hesablamalı.

Комментариев нет:

Отправить комментарий